Akrobatika gimnastikası üzrə Dünya çempionatında finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında Akrobatika gimnastikası üzrə 28-ci
Dünya çempionatının təsnifat mərhələsində kişi cütlüklərdə temp,
qadın cütlüklərdə balans hərəkətlərində finalçılar məlum olub.

Trend-in
məlumatına görə, kişi cütlüklərdə temp hərəkətlər üzrə finala
Brayden MakDuqall və Anxel Feliks (ABŞ, 28,080 xal), Vadim Şulyar
və Daniel Dil (Qazaxıstan, 27,680 xal), Albrext Kretsşmar və Tobias
Vitera (Almaniya, 26,980 xal), Fabio Beko və Bruno Ramalyo
(Portuqaliya, 26,980 xal), Daniel Abbasov və Murad Rəfiyev
(Azərbaycan, 26,600 xal), Xose Moreno və Xuan Daniel Molina
(İspaniya, 25,560 xal) vəsiqə qazanıb.

Qadın cütlüklərdə balans hərəkətlər üzrə finala Rita Ferreyra və
Ana Teyşeyra (Portuqaliya, 28,750 xal), Amani Eqbov və Zoi Nok
(Böyük Britaniya, 26,950 xal), Aleksandra Rudakova və Damira Talqat
(Qazaxıstan, 26,800 xal), Darina Bernat və Noemi Stattner
(Macarıstan, 26,660 xal), Ketrin Borçerdinq və Syerra MakKaun (ABŞ,
26,400 xal), Kamila Bruskeviç və Zofiya Kaminska (Polşa, 25,890
xal) vəsiqə qazanıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: