Akrobatika gimnastikası Azərbaycanda ənənəvi idman növlərindən biridir – Nazir müavini

Akrobatika gimnastikası Azərbaycanda ənənəvi idman növlərindən
biridir.

Trend xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini
Mariana Vasileva Bakıda akrobatika gimnastikası üzrə 12-ci dünya
yaş qrupları yarışlarının açılış mərasimində çıxışı zamanı
deyib.

Nazir müavini bildirib:

“Əziz idmançılar, hörmətli qonaqlar, xanımlar və cənablar!


Sizi Bakıda görməyə çox şadam!

Akrobatika gimnastikası Azərbaycanda ənənəvi idman növlərindən
biridir və çox sevincli haldır ki Akrobatika gimnastikası üzrə
12-ci dünya yaş qrupları yarışları ilk dəfə olaraq Azərbaycanda
keçirilir.

Nə xoş oldu ki, bu yarışlarının açılış mərasimi idman həftəsi
çərçivəsinə düşdü. Buraya 24 (iyirmi dörd) ölkədən 438 (dördyüz
otuz səkkiz) gimnast toplaşıb. Gənclər və İdman Nazirliyi adından
hər kəsə uğurlar, möhkəm sağlamlıq, yeni qələbələr və dünyada
sülhün olmasını arzu edirəm”.

Teqlər: