Anadolu Agentliyi parlament seçkilərində səslərin 100 faiz hesablandığını bildirib.
AzerTimes xəbər verir ki, Ali Seçki Qurumu isə nəticələri hələ tam açıqlamayıb.
Anadolu Agentliyinin açıqladığı nəticələrə əsasən, TBMM-də Cümhur İttifaqından AKP 266 yer, MHP 50, Yenidən Rifah Partiyası 5 yer qazanıb.
Millət İttifaqından isə parlamentə CHP 169, İYİ Partiyası 44 millət vəkili çıxara bilib.
ATA İttifaqına daxil olan Zəfər Partiyası və Ədalət Partiyasından bir nəfər də parlamentə daxil ola bilməyib.
Əmək və Azadlıq İttifaqına daxil olan Yaşıl Sol Partiyası (HDP-çilər) 62, Türkiyə İşçi Partiyasından isə 4 millət vəkili parlamentə düşməyi bacarıb.
Sosialist Güc Birliyi İttifaqına daxil olan Sol Partiyası, Türkiyə Kommunist Partiyası və Türkiyə Kommunist Hərəkatı parlamentdə düşə bilməyib.