Türkiyənin Qaziantep şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə müxalif CHP partiyasının mənsubları arasında qarşıdurma baş verib.
AzerTimes xəbər verir ki, kütləvi dava zamanı tərəflər bir-birilərinə şüşə və daş atıblar.
Bu əsnada orada olan CHP-çi, bələdiyyə məclisinin üzvü Ersin A. tapança ilə havaya bir dəfə atəş açıb.
Əraziyə polis qüvvələri gəlib, Ersin A. saxlanılıb.
Dava zamanı yaralanan 2 nəfər xəstəxanaya aparılıb.