Türkiyədə martın 31-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) istədiyi nəticəni əldə edə bilmədi.
AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, buna görə də Türkiyə lideri AKP-nin iclasını keçirib.
Məlumata görə, Ərdoğan iclasda qarşıda görüləcək işlərlə bağlı vacib göstərişlər verib.
Bildirilib ki, partiya olaraq 81 vilayətdə sorğular keçiriləcək. Vətəndaşlara “AKP-dən gözlədiyiniz nədir”, “Niyə seçkilərdə iştirak etmədiniz” kimi suallar veriləcək. Sorğuların nəticələrinə əsasən hesabat hazırlanıb Ərdoğana təqdim ediləcək.