Türkiyədə 2023-cü ilin iyun ayına planlaşdırılan prezident seçkiləri bir ay əvvəl keçirilə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı AKP-dəki mənbəyə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, AKP seçkilərin mövcud qanunvericilikdə nəzərdə tutulduğu kimi iyunun 18-də deyil, mayın 14-də keçirilməsini təklif edib. Çünki iyun ayında seçkilərlə universitet imtahanları üst-üstə düşür.
Bildirilib ki, AKP seçikilərin ikinci tura qalması ehtimalını da hesablayıb. Seçkilər iyunun 18-də keçirilsə, mövcud qanunvericiliyə görə, ikinci tur iki həftə sonra, yəni iyul ayında baş tutmalıdır. Türkiyədə daxili turizmin ən qaynar dövrü olduğu üçün seçici fəallığı aşağı olacaq.