AKP ölkə üzrə böyük tədbirə hazırlaşır: Ərdoğan da çıxış edəcək

AKP ölkə üzrə böyük tədbirə hazırlaşır: Ərdoğan da çıxış edəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası yaradılmasının 23 illiyinə həsr olunmuş təntənəli tədbirlərə hazırlaşır.

AzerTimes xəbər verir ki, tədbirlər avqustun 14-də ölkənin 81 vilayətinin hər birində planlaşdırılır.

“Ədalət və İnkişaf Partiyası ümid, gələcək və hərəkət deməkdir” mövzusunda ən irimiqyaslı proqram partiyanın Ankaradakı mərkəzi ofisinin binasında keçiriləcək. Tədbirə Türkiyənin hər yerindən 1450 nümayəndə, o cümlədən onun təsisçiləri, nazirlər, parlamentin deputatları dəvət olunub.

Partiyanın lideri, Prezident Rəcəb Tayyib Ərdoğan tədbir iştirakçılarının qarşısında çıxış edəcək, onun üzvlərini gələcək planlar və islahatlar barədə məlumatlandıracaq.

Teqlər: