AKP-nin nümayəndə heyəti Şuşaya gəlir

AKP-nin nümayəndə heyəti Şuşaya gəlir

Bu gün Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

AzerTimes xəbər verir ki, bu barədə Report-a Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, türkiyəli milət vəkili Şamil Ayrım məlumat verib.

O bildirib ki, səfər Yeni Azərbaycan Partiyasının dəvəti əsasında həyata keçiriləcək:

“Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər və Fəxri xiyabanları, “Türk şəhidliyi” abidəsini ziyarət edəcəklər. Daha sonra AKP nümayəndə heyəti Şuşaya səfər edəcək. Orada 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin növbəti ildönümü ilə bağlı təşkil olunacaq tədbirdə iştirak edəcəklər”.

Teqlər: