Türkiyədə prezident seçkisinin tarixi ilə bağlı dəqiq bir söz demək hələ mümkün deyil.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuş deyib.
“Ola bilsin ki, zərurətə görə seçkinin tarixi əvvələ çəkilsin. Bu da, növbədənkənar seçkilərin olacağı anlamına gəlmir. Seçki həyati əhəmiyyət kəsb edən vacib prosesdir”, – N.Qurtulmuş bildirib.