AKP-dən Özələ sərt cavab: 1960-cı ildən bu yana…

AKP-dən Özələ sərt cavab: 1960-cı ildən bu yana…

CHP sədri Özgür Özəlin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dedikləri siyasi savadsızlıq və hörmətsizlikdir.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

“Əgər cənab Özəl “diktatura” və “dövlət çevrilişini” tənqid etmək istəyirsə, 1960-cı ildən bu yana hər bir qiyamda təmsil etdiyi partiyanın “siyasi cinayəti” ilə hesablaşmalıdır. O, cənab Ərdoğana və AKP-yə qarşı yürütdüyü yalan siyasətdən əl çəkməli, CHP-də daxilində onun sədrliyinə şübhə ilə yanaşan partiya yoldaşlarının tələb etdiyi məsələlərə diqqət yetirməlidir. Özəl cənab Ərdoğanın “Türkiyə əsri” hədəfləri istiqamətində etdiyi həmrəylik çağırışını da tənqid edib. Apardığı siyasətlə CHP daxilində birlik və həmrəyliyə nail ola bilməyən bir şəxsin cənab Ərdoğanın çağırışını başa düşməsini də gözləmirik”, – Ö.Çelik.

Teqlər: