Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili İbrahim Xəlil Yıldıza qarşı sui-qəsd hazırlayan iki nəfər tutulub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Saxlanılan şəxslərin PKK/YPG terror qruplaşmasının üzvləri olduğu bildirilsə də, adları açıqlanmayıb.
Terrorçular deputatı öldürməyi planlaşdırdıqlarını etiraf ediblər.
Qeyd edək ki, adı çəkilən deputatın bundan əvvəl də həyatına sui-qəsd cəhdlərinin olduğunu vurğulanıb.