AKP-dən Ərdoğan-Əsəd görüşü ilə bağlı açıqlama…

AKP-dən Ərdoğan-Əsəd görüşü ilə bağlı açıqlama…

Türkiyə və Suriya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin görüşünə hazırlıq gedir, lakin görüşün vaxtı və yeri hələ ki, bəlli deyil.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Hələlik görüşün yeri və tarixi ilə bağlı təqvim yoxdur. Rusiya Prezidenti Vladimir Putinin görüş təşkil etmək istəyi var. Xüsusi xidmət orqanları vaxtaşırı görüşün hazırlanması üzərində işləyirlər”, – deyə Çelik bildirib.

Teqlər: