Qazi Mustafa Kamal Atatürk ölkəmizin qurucu lideri və ortaq dəyəridir. Atatürk mövzusunda həssaslıq göstərən bütün vətəndaşlarımıza təşəkkür edirəm.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik X səhifəsində yazıb.
Qeyd edək ki, bu gün Ər-Riyadda keçirilməsi nəzərdə tutulan “Qalatasaray”-“Fənərbağça” final matçının Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edildiyi bildirilir.