Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik qəzaya düşən partiyanın sədr müavini Binəli Yıldırım və TBMM deputatı Şamil Ayrımın səhhəti ilə bağlı açıqlama verib.
AzerTimes xəbər verir ki, o, hər iki şəxsin səhhətinin qənaətbəxş olduğunu bildirib.
“Həyati təhlükələri yoxdur, vəziyyətləri yaxşıdır. Ciddi narahatlıq yoxdur. Bu gün nəzarətdə olacaqlar, sabah isə köçürülmələri gözlənilir”, – deyə Çelik bildirib.
Qeyd edək ki, AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.