Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan birinci xanımlar və cənablar sammitində iştirak etmək üçün Kiyevə səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə sammitin saytında məlumat verilib.
Məlumata görə, sammitin mövzusu psixi sağlamlıq məsələləri olacaq.
Akopyanın səfər zamanı özü ilə Ukraynaya humanitar yardım da apardığı da bildirilib.