Türkiyənin “Akkuyu” AES-in birinci enerji blokuna nüvə yanacağı yüklənib.
AzerTimes xəbər verir ki, bununla da “Akkuyu AES atom elektrik energetikası obyekti statusu alıb.
Türkiyənin ilk AES-i olan “Akkuyu”nun tikintisi layihəsi “Akkuuyu Nuclear” kompaniyası tərəfindən 2010-cu ilin mayında Türkiyə və Rusiya arasında imzalanmış müvafiq sazişə əsasən həyata keçirilir. Bu obyektin istifadəyə verilməsindən sonra ildə 36 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu, Ankara və Moskvanın ən iri birgə layihəsidir.