Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında “Qarabağ Dirçəliş Fondu” yaradılmışdır.
Vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalaraq Qarabağımızın dünyanın ən gözəl regionlarından biri olması məqsədi ilə yaradılmış bu fonda “Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC hər biri 200 000 (iki yüz min) manat məbləğində vəsait köçürmüşdür.
“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC sənaye məhsulları istehsalı və tikinti-infrastruktur işlərində birgə fəaliyyət göstərərək Respublikada, o cümlədən işğaldan azad edilən regionlarda aparılacaq tikinti quruculuq işlərinə fəal iştirak edərək, qarşıdakı bir neçə ildə işğaldan azad olunmuş ərazilərimizin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsinə öz dəstəyini verəcəkdir.