“Akıncı”lar qardaş torpaqlarda, yeni yuvalarındadır.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuq Bayraqdar sosial media hesabında yazıb.
“Azərbaycanda Bayraqdar “Akıncı” anqarının açılışını və təslimat mərasimini keçirdik. Birliyimiz əbədi olsun”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, yeni inşa edilmiş anqar kompleksləri müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub.