Türkiyənin “Akınçı” PUA-sı hazırda İranın hava məkanına daxil olub və Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə doğru irəliləyir.
AzerTimes xəbər verir ki, “Flightradar24” sistemində PUA-nın uçuş marşrutu qeyd olunub.
Qeyd edək ki, İran tərəfi axtarışlar üçün Türkiyədən yardım istəyib. Qardaş ölkə də öz növbəsində 32 alpinist, 6 xüsusi texnika, bundan əlavə, “Akınçı” PUA-sı və “Cougar” tipi helikopter göndərib.