Akif Qurbanovun atası saxlanılıb? – Rəsmi

Akif Qurbanovun atası saxlanılıb? – Rəsmi

Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara münasibət bildirib.

AzerTimes xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib.

O qeyd edib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub.

Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib.

Daha sonra o, sərbəst buraxılıb.

Teqlər: