III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb.
O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Toplum TV-nin əməkdaşı Fərid İsmayilov barəsində də cinayət işi başlanılıb.
Vəkili Zibeydə Sadıqova bildirib ki, Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, bu gün Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
III Respublika Platformasının ofisindən 30 min avro, Fərid İsmayılovun evindən isə 3100 avro pul götürüldüyü bildirilir.