Akarın İrəvana Bakı ilə bağlı xəbərdarlığı…

Akarın İrəvana Bakı ilə bağlı xəbərdarlığı…

Türkiyənin müdafiə naziri Hulusi Akarın İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirməsi Ermənistana xəbərdarlıq mahiyyəti daşıyır. Akar sülh sazişinin imzalanmasının yubanmasının yeni münaqişə riskini artırdığını bu sözlərlə izah edib: “Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz sönür. Hazırda münaqişə dondurulsa da, razılaşmanın uzadılması ilə hərbi əməliyyatların bərpası təhlükəsi artır”.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Nikol Paşinyanın və ətrafının “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” və “Ermənistanın qonşularına ərazi iddiaları yoxdur” tipli açıqlamaları azdır, İrəvan sülh sazişini imzalamağa hazır olmalıdır. Hulusi Akar İrəvanı xəbərdar edir ki, məsələnin yubadılmasının Ermənistan üçün ağır nəticələri olacaq”, – o qeyd edib.

Teqlər: