Zəngəzur dəhlizinin açılması hər birimizin xeyrinə olacaq.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, regionda sülh və sabitliyə əlavə töhfə verər:
“Qış təlimi-2023” uğurla başa çatdı. Bu təlim Türkiyə ordusunun səviyyəsini göstərir. Təlimlərin belə bir şəraitdə uğurla keçirilməsindən qürur duyuram. Bu, Türkiyə ordusunun hər bir şəraitdə döyüşə necə hazır olduğunu göstərdi. Təlimə qatılan dost və qardaş ölkələri də təbrik edirəm”.