Ukrayna limanlarında milyonlarla ton taxıl gözləyir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Biz həm Rusiya, həm Ukrayna, həm də BMT nümayəndələri ilə görüşürük. Dördtərəfli görüşlərlə milyonlarla ton taxıl və digər ərzaq mallarının müvafiq olaraq planlaşdırılan ünvanlara daşınması üçün əlimizdən gələni edirik. Yaxın günlərdə bununla bağlı müəyyən inkişaf gözləyirik”, – Akar bildirib.