Bildiyiniz kimi, ABŞ-dan 40 ədəd F-16 qırıcıların alınması və 79 təyyarənin modernizasiyası ilə bağlı tələbimiz Konqresdədir. Məsələni yaxından izləyirik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, bu bir prosesdir, tez zamanda tamamlanacaq bir şey deyil:
“Hələlik prosesi müsbət hesab edirik. Bəzi siyasətçilər həm ABŞ, həm də NATO maraqlarına qarşı son dərəcə qərəzli cəhdlər ediblər. Onların qoyduğu məhdudiyyətlər sonrakı cəhdlərimizlə aradan qaldırıldı. Hər hansı məhdudiyyətlərlə bir layihənin həyata keçirilməsinin qeyri-mümkün olduğunu əvvəlcədən bildirmişdik. Qərəzli bəyanatlara, fəaliyyətlərə baxmayaraq, digər tərəfdən, bu məsələdə ağılla insanların rol oynayacağına və sağlam düşüncənin qalib gələcəyinə inanırıq. Ümid edirik ki, işlər tez bir zamanda müsbət nəticələnəcək”.
Akar eyni zamanda vurğulayıb ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası çərçivəsində Pentaqon rəhbəri Llyod Ostinlə görüşüb:
“Görüşdə Pentqonun bu məsələdə Türkiyəyə güclü dəstəyini bir daha gördük. Alınacaq təyyarələr təkcə Türkiyəni deyil, həm də NATO-nu gücləndirəcək. Güclü Türkiyə – güclü ordu, güclü NATO – güclü ittifaq deməkdir. Hər kəsin bunu başa düşməsini gözləyirik.