Akar və Şoyqu Qarabağı müzakirə etdi

Akar və Şoyqu Qarabağı müzakirə etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı zamanı taxıl müqaviləsini müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Danışıqlar zamanı qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün genişləndirilməsi istiqamətində əməkdaşlıqdan məmnunluq ifadə edilib və fasiləsiz taxıl tədarükünün vacibliyi vurğulanıb.

Türkiyənin sülhün təmin olunmasına töhfə verməyə davam edəcəyi bir daha vurğulanıb”, – məlumatda deyilir.

Bundan əlavə, tərəflər Qarabağdakı vəziyyəti, Suriya böhranını da müzakirə ediblər.

Teqlər: