Akar Reznikovla dinc sakinlərin təxliyəsi məsələlərini müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın
müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı baş
tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə
Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zamanı Mariupoldan dinc sakinlərin təxliyəsi və
humanitar yardımın çatdırılması məsələləri ətrafında fikir
mübadiləsinin aparılıb.

İnsan tələfatının qarşısını almaq və mülki şəxslərin təxliyəsi
üçün humanitar dəhlizlərin açıq saxlanması üçün tezliklə atəşkəs
elan edilməsinin vacibliyi vurğulanıb.

Bir daha bildirilib ki, Türkiyə Ukraynaya humanitar yardım üçün
töhfələrini davam etdirəcək.