Akar dəvət etdi, Zakir Həsənov Türkiyəyə getdi

Akar dəvət etdi, Zakir Həsənov Türkiyəyə getdi

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən “Qış təlimi – 2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

Teqlər: