Türkiyənin milli müdafiə naziri Hulusi Akar gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş NATO Müdafiə Nazirlərinin iclası çərçivəsində Brüsseldə baş tutub.
Nazirlər müdafiə sahəsində ikitərəfli əməkdaşlığı, Qara dəniz və Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib.