Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
O bildirib ki, səfər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə həyata keçirilir:
“Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək”.
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.