Aprelin 17-dən indiyədək İraqın şimalındakı “Pəncə-Kilid” antiterror əməliyyatı zonasında 371 terrorçu zərərsizləşdirilib.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“İraqın 3 bölgəsini əhatə edən əməliyyatın 148-ci günündə terrorçuların 400-dən çox sığınacağı məhv edilib, 2000-dən çox partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. 85 milyon türk vətəndaşına qarşı terror təhlükəsini aradan qaldırmaq əzmindəyik”, – nazir bildirib.