Xəbər - İlhamə İsabalayeva -Trend:
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) bazasında Astronomiya İnstitutunun yaradılması məsələsi müzakirəyə çıxarılıb.
Trend-İn məlumatına görə, ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, ölkəmizdə astronomiya elminin dünya standartlarına müvafiq səviyyədə inkişaf etdirilməsi, həmçinin astrofiziki müşahidələrin modern səviyyədə təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi, milli kadr hazırlığının keyfiyyətinin artırılması məqsədi ilə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kadr və elmi-texniki bazası əsasında AMEA-nın Astronomiya İnstitutunun yaradılması məqsədəuyğundur.
Qeyd olunanları, həmçinin dövlətimizin kosmik sənayenin inkişafı ilə bağlı strateji maraqlarını, eləcə də kosmik fəzanın araşdırılmasılması üzrə bu və bir sıra digər məsələlərin əhəmiyyətini nəzərə alaraq, rəsədxananın kadr və elmi-texniki bazası əsasında AMEA-nın Astronomiya İnstitutunun yaradılması barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılmasına qərar verilib.