AK Ukraynaya 2,5 milyard yardım ayırır

AK Ukraynaya 2,5 milyard yardım ayırır

Avropa Komissiyası Avropa Birliyi adından Ukraynaya 2,5 milyard avro məbləğində növbəti makromaliyyə yardımı tranşı ayıracaq.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis öz Tvitter səhifəsində məlumat yayıb.

“Bu gün 2,5 milyard avro məbləğində makromaliyyə yardımının növbəti tranşı həyata keçiriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın əvvəlində Dombrovskis Avropa Birliyinin Ukraynaya bu ay əvvəlcədən razılaşdırılmış 2,5 milyard avro, gələn ay isə daha 0,5 milyard avro makromaliyyə yardımı göstərmək niyyətində olduğunu bildirmişdi.

Teqlər: