AK mayın 3-də Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketini müzakirə edəcək

Avropa Komissiyası (AK) mayın 3-də Avropa Komissarları Şurasının
iclasında Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketini
müzakirə edəcək.

Trend xəbər verir ki, bunu Energetika üzrə Avropa Komissarı
Kadri Simson deyib.

“Sabah bu, AK Kollegiyasının növbəti iclasının mövzusu olacaq və
əminəm ki, bundan sonra [Avropa Komissiyasının prezidenti Ursula
fon der Lyayen] əlavə məlumat verəcək”, – deyə K.Simson
bildirib.