AK Ermənistana 6,5 milyon avro qrant verir

AK Ermənistana 6,5 milyon avro qrant verir

Ermənistan və Avropa Komissiyası “Ermənistanın kəndlərində davamlı enerji, enerji təhlükəsizliyi və iqlimə davamlılıq” haqda texniki yardım sazişi çərçivəsində 6,5 milyon avroluq qrant imzalayacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında qərar qəbul edilib.

Yaxın vaxtlarda sənədin ratifikasiya üçün ölkə parlamentinə təqdim olunacağı bildirilir. Məlumata görə, Ermənistan hökuməti “Avropa Yaşıl Sövdələşməsi”nə uyğun olaraq 2030-cu ilə qədər günəş enerjisi istehsalının ümumi həcmdə payını 15%-ə çatdırmağı planlaşdırır.

Teqlər: