“Air France”ın təyyarəsi Sofiyada təcili eniş edib

“Air France” aviaşirkətinə məxsus Paris – Yeni-Dehli aviareysini həyata keçirən sərnişin təyyarəsi təcili eniş edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, Hindistan vətəndaşı olan sərnişin təyyarənin digər sərnişinlərlə kobud rəftar edib, heyət üzvlərinə hücum edib və pilotların kabinəsinə girməyə çalışıb.

Bundan sonra, təyyarənin pilotu Sofiyanın hava limanında təcili eniş etmək qərarı qəbul edib.

Bildirilri ki, sözügüdən sərnişin saxlanılıb. İnsidentin təfərrüatları yaxın bir neçə saat ərzində məlum olacaq.