Fransanın “Air France” hava yolu şirkəti son günlərdə İsrail ərazilərinə raket hücumlarının intensivləşməsi fonunda Tel-Əvivə uçuşlarını ləğv edıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidməti bildirib.
Məlumata əsasən, bu istiqamətdə uçuşların təxirə salınması və bu bölgədəki uçuş marşrutlarının dəyişdirilməsi barədə suala cavab olaraq bildirilib: “Air France 12 may 2021-ci ildən etibarən Tel-Əviv Hava Limanından uçuşlarını dayandırdığını təsdiqləyirəm”.
Qeyd olunub ki, 13 və 14 may tarixlərində həç bir uçuş nəzərdə tutulmayıb.