Qazaxıstanın “Air Astana” aviaşirkəti Rusiyaya və Rusiyadan
kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə
əlaqədar Qazaxıstan ərazisi üzərindən bu istiqamətdə bütün uçuşlar
dayandırılacaq.
AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin mətbuat xidmətindən
bildiriblər.
“Aviaşirkət uçuşların tez bir zamanda bərpası üçün Qazaxıstan
hökuməti ilə bu məsələləri təcili həll edir. Ləğv edilən reyslərin
sərnişinlərindən bilet aldıqları yerlə əlaqə saxlamaları xahiş
olunub. Vəsaitlərin tam şəkildə qaytarılacağı söz verilib”, – deyə
şirkət qeyd edib.