“Air Astana” Bakıya uçuşları bərpa edib

Qazaxıstanın “Air Astana” aviaşirkəti ölkədə fövqəladə vəziyyətlə əlaqədar müvəqqəti dayandırdığı uçuşları bərpa edib.

AzerTimes-ın məlumatına görə, aviaşirkətin Bakıya uçan təyyarəsi Nur-Sultandan saat 11:35-də (GMT+6) havaya qalxıb.

Qeyd edək ki, bundan əvvəl aviaşirkət iki dəfə – yanvarın 6-da və 9-da Bakıya uçuşları təxirə salmağa məcbur olmuşdu.

Teqlər: