Qazaxıstanın “Air Astana” aviaşirkəti Bakı və Tbilisidən Nur-Sultana reyslər həyata keçirməyi planlaşdırır.
Trend bu barədə şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Məlumata əsasən, Tbilisidən reyslərin yanvarın 12, 14 və 16-da, Bakıdan isə yanvarın 13-ü və 16-da həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, bu reyslərə ilk növbədə əvvəlcə təxirə salınmış reyslərin sərnişinləri qəbul olunacaq.