Ailəsini öldürən Əhmədlə bağlı yeni xəbər

Ailəsini öldürən Əhmədlə bağlı yeni xəbər

Ailəsinin 5 üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun psixi xəstə olmasının müəyyənləşdirilməsi və hadisə zamanı anlaqlı olub-olmaması məqsədilə keçirilən tibbi ekspertiza yekunlaşıb.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, Ə.Əhmədov təcridxanaya geri qaytarılıb.

Ə.Əhmədovun tibbi ekspertizası ilə bağlı rəy gələn ay istintaq orqanına təqdim olunacaq.

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teqlər: