Hatayın Antakya rayonunun Dəmirköprü ərazisində yaşayan 73 yaşlı Ramazan Köksal zəlzələ nəticəsində ailəsinin 21 üzvünü itirib.
AzerTimes xəbər verir ki, Köksalın 26 yaşlı əkiz qızları və kürəkənləri də vəfat edib:
“Ailəmizdən qardaşlarımın uşaqları da daxil olmaqla 21 nəfər öldü. 30 nəvəmdən 11-i vəfat etdi. Əkiz qızlarım və onların əkiz övladları da dünyasını dəyişdi”.