Ailə həkimlərinin sayı azdır – Agentlik

Xəbər - İlhamə İsabalayeva – Trend:

Hazırda Azərbaycanda ailə həkimi kimi fəaliyyət göstərə biləcək həkimlərin sayı azdır.

AzerTimes-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, əsas hədəflərdən biri ailə institutunun tam tərkibdə fəaliyyətə başlamasıdır. İlkin mərhələdə Mingəçevir, Yevlax və Ağdaşda bu layihə həyata keçirilməyə başlanılıb. Orada agentliyin tabeliyində olan müəssisələrdə ailə sağlamlıq mərkəzləri yaradılıb: “Bu, əvvəllər sahə üzrə fəaliyyət göstərən sahə terapevtləri, sahə pediatrları və qadın məshələtxanalarında fəaliyyət göstərən ginekoloqları özündə cəmləşdirdi. Əsas məqsəd odur ki, ailə sağlamlıq mərkəzləri, ailə həkimi institutu tam olaraq formalaşsın. Ölkənin gələcək tələbatını nəzərə alaraq, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq şəraitində Azərbaycan Tibb Universitetində ailə həkimin hazırlanması ilə bağlı fəaliyyətə başlanılıb. Həkimlərimiz artıq ailə həkimi olaraq da yetişməyə başlayırlar. Gələcək dövrdə ailə həkimi institutu tam formalaşacaq”.


V.Qurbanov qeyd edib ki, ailə sağlamlıq mərkəzlərinin məqsədi xəstəxanaların üzərinə düşən yükü azaltmaqdır.

Teqlər: