Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında
nəzərə alınacaq müddət artırılır.
AzerTimes-ın məlumatına görə, şbu barəə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial sığorta
sistemində fərdi uçot haqqında” qanuna dəyişiklikdə öz əksini
tapıb.
Dəyişikliklə əmək fəaliyyəti müddətindən əlavə olaraq əmək
fəaliyyətinə aid olmayan, lakin sığortaolunanın “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta
stajına daxil edilən dövrlərin nəzərə alınması, o cümlədən
avtomatlaşdırılmış pensiya təyinatında, habelə sığortaolunanın
ölümü ilə əlaqədar olaraq onun ailə üzvlərinə “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ailə başçısını
itirməyə görə əmək pensiyasının təyinatında bütün dövrlərin nəzərə
alınması nəzərdə tutulur.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyuaraq birinci
oxunuşda qəbul edilib.