Aİİ-nin konfrans materialları çapdan çıxıb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə
keçirilən “Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi
yaradıcılığı” mövzusunda onlayn elmi konfransın materialları çapdan
çıxıb.

Topluda on altı elm adamının “Nizami yaradıcılığında
dini-fəlsəfi motivlər və şairin dini-ideoloji baxışları”, “Nizami
Gəncəvi poeziyasında irfani düşüncə tərzi və “ədalət”
konsepsiyası”, “Nizami Gəncəvi yaradıcılığında multikultural və
tolerant dəyərlər”, “Nizami Gəncəvi yaradıcılığında humanizm
ideyaları və digər müsbət əxlaqi keyfiyyətlərin təbliği”, “Nizami
Gəncəvi qəhrəmanlarının dini mənsubiyyəti”, “Nizami yaradıcılığında
islami dəyərlər”, “Nizami “Xəmsə”sində minacat”, “Nizami Gəncəvi
yaradıcılığında Peyğəmbərin mədhi və nət ənənəsi”, “Nizami Gəncəvi
yaradıcılığında insan haqlarının təbliği”, “Azərbaycanın mədəniyyət
tarixində Nizami şəxsiyyəti və yaradıcılığı”, “Nizami əsərlərində
Azərbaycan mədəniyyətinin əksi”, “Nizami Gəncəvinin elmi-fəlsəfi
irsi tədqiqatçıların araşdırmalarında və nizamişünaslığın aktual
problemləri”, “Nizami dühası dünya ictimai-fəlsəfi fikrində”
mövzularında məqalələri çap olunub.

Qeyd edək ki, sözügedən konfrans dünya ədəbiyyatının görkəmli
nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
880 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında
Sərəncamına uyğun olaraq keçirilib.

Teqlər: