Aİİ-nin kafedra müdiri beynəlxalq tədbirdə çıxış edib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının
müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov
Türkiyənin Qazi Universitetinin “Türk dünyasının qabaqcıl elm
adamları konfranslar silsiləsi” (“Türk dünyasının öncü bilim
insanları konferanslar dizisi”) mövzusunda təşkil etdiyi vebinarda
mühazirə ilə çıxış edib.

Tədbir “ZOOM” platforması üzərindən onlayn formatda
keçirilib.

Konfransda Qazi Universitetinin rektoru, professor Musa Yıldız,
Universitetin Layihələrin Təşkili və Araşdırma Mərkəzinin müdiri,
professor Salih Şahin, müdir müavini, dosent Asuman Aşık, professor
və müəllim heyəti, həmçinin tələbələr iştirak ediblər.

Professor Salih Şahinin moderatorluq etdiyi tədbirdə dosent Anar
Qafarovun “Nəsirəddin Tusinin əxlaq fəlsəfəsi” mövzusunda
mühazirəsi dinlənilib.

Anar Qafarov məruzəsində Nəsirəddin Tusinin müsəlman dünyasında
fəlsəfi düşüncəni inkişaf etdirən alimlərdən biri olduğunu
vurğulayıb. Həmçinin dahi alimin özünəqədərki hikmət xəzinəsini
mükəmməl surətdə mənimsəyərək, onun Osmanlı əxlaq fəlsəfi
düşüncəsində xüsusi çəkisi olan filosof olduğunu vurğulayıb.
Tusinin araşdırmalarının əsas istiqamətlərindən birini təşkil edən
əxlaq fəlsəfəsinin mükəmməl öyrənilməsini irəli sürən məruzəçi
A.Qafarov alimin fəaliyyətini yüksək qiymətləndirib.

Məlumat üçün bildirək ki, sözügedən vebinar Qazi Universitetinin
“Türk dünyasının qabaqcıl elm adamları konfranslar silsiləsi”
(“Türk dünyasının öncü bilim insanları konferanslar dizisi”)
mövzusunda təşkil etdiyi sayca doqquzuncu tədbirdir.

Vebinar qarşılıqlı müzakirə və sual-cavabla davam edib.

Teqlər: