Aİİ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllim və tələbələrinin
iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünə həsr edilmiş tədbir keçirilib.

Aİİ rektoru, dosent Aqil Şirinov ümummilli lider Heydər Əliyevin
hakimiyyətə gəldiyi ilk gündən etibarən, milli-mənəvi və dini
dəyərlərimizin qorunması istiqamətində gördüyü mühüm işlərdən bəhs
edib. A.Şirinov bildirib ki, ölkəmiz müstəqillik qazandığı illərdən
tolerantlıq ənənələrinin qorunub-saxlanılması və inkişafı, o
cümlədən yeni dini ibadət yerlərinin inşası, mövcud olanların
əsaslı təmiri və yenidənbərpası istiqamətində çoxsaylı işlər
görülüb. O, sovet dövründə tamamilə dağıdılan Bibiheybət məscidinin
1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yenidən
bərpa edildiyini xüsusi vurğulayıb.

A.Şirinov daha sonra ulu öndər Heydər Əliyevin hakimiyyəti
dövründə ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini
dəyərlərin qorunması istiqamətində qətiyyətli addımlar atıldığını
bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu
sahəsində həyata keçirdiyi mühüm islahatların davamı olaraq,
hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
layiqli siyasət yürütməsi nəticəsində 44 günlük Vətən Müharibəsində
tarixi qələbə qazandıq. Müzəffər Ordumuz mədəniyyət paytaxtımız
Şuşanı işğalçılardan azad etdi. Rektor Aİİ-nin yeni binasında ilk
respublika konfransının Şuşa şəhərinin 270 illiyinə həsr olunduğuna
diqqət çəkib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına
Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru,
professor Cəbi Bəhramov çıxış edərək, Heydər Əliyevin sovet dövrü
və müstəqillik illərindəki xidmətləri barədə arxiv sənədlərinə
istinadən məlumat verib. C.Bayramov Ulu Öndərin hakimiyyəti
illərində qarşılaşdığı çətinliklərə toxunaraq, əzmlə və səbirlə
yürütdüyü siyasətin hazırda cənab İlham Əliyev tərəfindən layiqincə
davam etdirildiyini vurğulayıb. Heydər Əliyevin hakimiyyəti
dövründə xarici ölkələrlə qurulan diplomatik münasibətlərin bu gün
də dövlətçilik siyasətində müsbət istiqamətdə təsirini diqqətə
çatdıran C.Bəhramov Ümummilli Liderin siyasi və dövlətçilik irsi
ilə bağlı daim araşdırmalar aparıldığını vurğulayıb.

Teqlər: