Avropa İnsan Hüquqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını baxılmaq üçün qəbul edib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna ədliyyə naziri Denis Malyuska bildirib.
O qeyd edib ki, onun rəhbərlik etdiyi idarə Rusiyaya qarşı yeni iddia qaldırıb.
İddiaya əsasən, Ukrayna Rusiya hakimiyyətini suveren əraziyə qanunsuz müdaxilə ilə bağlı Avropa İnsan Haqları Konvensiyasını pozmaqda ittiham edir.
Sənəd müharibənin ilkin mərhələsində Rusiyanın insan hüquqlarını kobud şəkildə pozmasından bəhs edir.
İddiada Ukraynadan Rusiya qoşunlarının tamamilə çıxarılmasından əlavə, zərər çəkmiş tərəfə kompensasiya verilməsi tələb edilir.