Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiya Federasiyasına
qarşı bütün şikayətlərə baxılmasını dayandırmaq qərarına gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə AİHM-in mətbuat xidmətindən
bildiriblər.
“(Avropa Şurası – red.) Nazirlər Komitəsinin Rusiya
Federasiyasının 2022-ci il martın 16-dan Avropa Şurasına üzvlüyünü
dayandırması ilə bağlı qərarına uyğun olaraq, məhkəmə Rusiyaya
qarşı bütün müraciətlərə baxılmasını dayandırmaq qərarına gəlib”, –
deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, şikayətlərə baxılması Rusiyanın üzvlüyünün
dayandırılması üzrə hüquqi nəticələr müəyyən olunana qədər
dayandırılır.