Avropa İnvestisiya Bankı (AİB) Ukrayna hökumətinə ölkənin yenidən qurulmasına kömək etmək məqsədilə 560 milyon avro verəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri bankın prezidenti Nadia Kalvinyoya istinadən məlumat yayıb .
Nəşrin məlumatına görə, gün ərzində Ukrayna rəhbərliyi ilə müvafiq memorandum imzalanacaq.
Bildirilib ki, vəsait enerji infrastrukturunun, avtomobil və dəmir yollarının, xəstəxanaların tikintisinə və mülki əhalinin müdafiəsinə yönəldiləcək.